Şəhid Niyamin Niftalızadənin məzarına azarkeşlik etdiyi Türkiyə klubunun forması qoyuldu - FOTO/VİDEO

Oxunma sayı: 728
Cəmiyyət       28 Noyabr 2020, 16:51
Şəhid Niyamin Niftalızadənin məzarına azarkeşlik etdiyi Türkiyə klubunun forması qoyuldu     - FOTO/VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Türkiyənin “Fənərbaxça” futbol klubunun forması İkinci Qarabağ müharibəsi iştirakçısı şəhid Niyamin Niftalızadənin məzarı üzərinə qoyulub.

 

Bu barədə klubun rəsmi internet səhifəsində məlumat dərc olunub.

Bildirilib ki, Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədə şəhid olan Niyamin Niftalızadənin məzarına “Fənərbaxça” forması və sarı-mavi buketlər qoyulub.

“Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı diləyirik”, - deyə məlumatda qeyd edilib.

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar