DİN-in mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

Oxunma sayı: 618
Cəmiyyət       28 Noyabr 2020, 19:57
DİN-in mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Daxili işlər orqanlarında ictimaiyyətlə əlaqələrin səmərəli təşkili, polis-media və polis-vətəndaş münasibətlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir.

 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən  Azmedia.az-a verilən məlumata görə, bununla yanaşı, qəzet oxucularının müasir dövrdə əsasən elektron kütləvi informasiya vasitələrinə marağının daha böyük, internet medianın isə geniş auditoriyaya malik olması nəzərə alınaraq orqan və hissələrin fəaliyyətinin təkmilləşdirilməsi və strukturunun optimallaşdırılması üzrə tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə” və Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetlərinin redaksiya heyətləri vahid qurumda birləşdirilib. Nəticə etibarı ilə 2021-ci ilin yanvar ayından başlayaraq nazirliyin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar