Həyat yoldaşı üçün xəstəxananın qarşısında serenada ifa edən kişi son arzusuna çatdı - VİDEO

Oxunma sayı: 886
Maraqlı       29 Noyabr 2020, 14:15
Həyat yoldaşı üçün xəstəxananın qarşısında serenada ifa edən kişi son arzusuna çatdı     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İtaliyada əri 81 yaşlı Stefano Bozzinin xəstəxananın qarşısında serenada ifa etdiyi 74 yaşlı Karla Sakki son dəfə onunla görüşüb və bir neçə saat sonra vəfat edib.

 

Xəbəri “Daily Mail" agentliyi yayıb.

Xatırladaq ki, bir müddət əvvəl internetdə onkoloji xəstəlikdən əziyyət çəkən həyat yoldaşı üçün onun müalicə aldığı xəstəxananın qarşısında qarmonda musiqi ifa edən yaşlı kişinin videosu yayılmışdı.

81 yaşlı şəxs pandemiya ilə əlaqədar qoyulan məhdudiyyətlər səbəbindən həyat yoldaşını tibb müəssisəsinə ziyarət edə bilməmişdi və ona sevgisini musiqi vasitəsi ilə ifadə etmişdi.

S. Bozzi bildirib ki, o, bu yolla 74 yaşlı həyat yoldaşına dəstək olmağa çalışıb.

Lakin bu hadisədən bir neçə gün sonra K.Sakkinin səhhəti kəskin pisləşib və həkimlər 47 il birlikdə yaşamış cütlüyün sonuncu dəfə görüşməsi üçün şərait yaradıblar.

Qadın xəstəxanadan evə yazılıb, həyat yoldaşı ilə görüşəndən qısa müddət sonra vəfat edib.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar