Quş qripi yenidən alovlanıb

Oxunma sayı: 540
Dünya       29 Noyabr 2020, 19:45
Quş qripi yenidən alovlanıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Yaponiyada yeni quş qripi ocağı müəyyən edilib.

Azmedia.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, xəstəlik ölkənin cənub-qərbindəki quşçuluq təsərrüfatlarından birində qeydə alınıb. Bir həftə əvvəl isə danimarkalı fermerlər quşlarının arasında xəstəlik yayıldığını bildiriblər. Orada 25 min toyuğun məhv edilməsinə qərar verilib.

Yaponiyada isə 93 min toyuq məhv edilərək, yüz kvadratmetrlərlə ərazidə dezinfeksiya aparılıb. Bu, artıq Yaponiyada ikinci belə haldır. Birinci dəfə noyabrın əvvəlində müşahidə edilmişdi. Və o zaman gündə 4 min toyuq xəstəlikdən ölürdü. Xəstəlik bir-biri ilə əlaqəsi olmayan iki ayrı toyuq fermasında müşahidə edilmişdi. Həmin vaxt təsərrüfat sahibləri tərəfindən bir milyon toyuq məhv edilmişdi.

Quş qripi kəskin yoluxucu viral xəstəlikdir. Toyuqlar və hinduşka buna daha çox həssasdır. Xəstəlik köçəri quşlar tərəfindən gətirilir. Quş qripi insanlara xəstə heyvanlarla təmas yolu və ya xam qidalar - xəstə quşların ət və yumurtaları - yolu ilə yoluxa bilər.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar