Ermənilər öz çirkin məqsədləri naminə Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - ŞƏRH + FOTO

Oxunma sayı: 544
Dünya       29 Noyabr 2020, 20:15
Ermənilər öz çirkin məqsədləri naminə Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər -     ŞƏRH + FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Erməni sosial şəbəkə istifadəçiləri Qarabağdakı Rusiya sülhməramlılarına üstüörtülü hücumlar təşkil etməyə çağırırlar ki, sonra bunda Azərbaycanı günahlandırsınlar.

“Telegram” kanallarının erməni istifadəçiləri Rusiyanın “DQR-in müstəqilliyini” tanıması üçün Abxaziya ssenarisindən istifadə etməyi təklif edirlər.

“Şəhid paltarını geyinirik və gedib günahsız rusları öldürürük”, - erməni istifadəçilər yazırlar.

Onların məntiqinə görə, bu vəziyyətdə rəsmi Moskvanı Azərbaycana qarşı qoymağa mümkün olacaq. Ermənilər çirkin hədəfləri naminə onların təhlükəsizliyini təmin etməyə çağrılan Rusiya sülhməramlılarını qətlə yetirməyə hazırdırlar. Hər halda, canlarını qurtardıqlarına görə ermənilərin verdikləri çörəyi dadmadan əvvəl rusiyalı sülhməramlılar 100 dəfə düşünməlidirlər.

Şübhəsiz ki, erməni təxribatçılar bu təklifi qəbul edə və həyata keçirməyə tələsə bilərlər. Ancaq çətin ki, bu plan işə yarasın. Çünki bu haldan sonra istintaq aparan Rusiya hüquq-mühafizə orqanları cinayətin təşkilatçılarını tez tapacaqlar və İrəvan vəziyyətdən çıxmaq üçün daha böyük yalan uydurmalı olacaq.

Erməni istifadəçilərinin alçaqlığına başqa bir nümunəsi isə Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərinin yetərincə minalamadıqlarına təəssüflənmələridir.

“Hər millimetr minalanmalıydı”, “həm kilsələri, həm də abidələri, hər şeyi partlatmaq lazım idi”, - deyə ermənilər sosial şəbəkələrdə yazırlar. Eyni zamanda, ermənilər unudurlar ki,  mina partlayışının qurbanı istənilən insan ola bilər, həmçinin erməniləri qoruyan Rusiya sülhməramlıları.///oxu.az

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar