Suqovuşana Azərbaycan bayrağı sancan qəhrəman İlkin Fərzəliyev - VİDEO

Oxunma sayı: 873
Siyasət       23 Dekabr 2020, 13:20
Suqovuşana Azərbaycan bayrağı sancan qəhrəman İlkin Fərzəliyev    - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

O, Suqovuşana ilk bayrağımızı sancdı. Onunla birlikdə biz də sevindik, biz də qürurlandıq. Bu unudulmaz anı bizə yaşadan qəhrəman xüsusi təyinatlımız İlkin Fərzəliyevdir.

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, İlkin Fərzəliyev deyir ki, bayraq sancmaq hər kəsə nəsib olmur.

Bu böyük bir məsuliyyətdir: "O anı unutmuram, çünki həyatımın ən qürurlu anı idi".

Qəhrəmanımız ilk sevincini atası ilə bölüşüb. Atası onunla fəxr etsə də, oğluna "bircə şəhid olma, döyüş yoldaşlarının qanını yerdə qoyma" deyib.

İlkin Suqovuşana bayrağı sancdıqdan təxminən bir həftə sonra Ağdərə ətrafında gedən döyüşlərdə sol qol və çiynindən yaralanır.

Qəhrəmanımızın qardaşı da özü kimi xüsusi təyinatlıdır. İki oğlunu cəbhəyə yola salan ana isə övladları ilə qürur duyduğunu deyir.

Adı və əməli ilə bir ilkə imza atdı İlkin. Onun ucaltdığı bayrağımız sıra ilə digər rayonlarımızda da dalğalandı. 44 günlük mübarizəsində göstərdiyi şücaətinə görə qəhrəmanımız "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar