Dörd xarici dili mükəmməl bilən şəhidimiz... - VİDEO

Oxunma sayı: 1406
Siyasət       23 Dekabr 2020, 14:09
Dörd xarici dili mükəmməl bilən şəhidimiz...     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Cəmi 7 ay idi ki, ailə qurmuşdu Nurlan. Kiçik yaşlarında atasını itirən bu igidimiz mart ayında özü oğul atası olacaqdı.

 

Xüsusi təyinatlı qüvvələrin kapitanı idi Nurlan. Dağ kəşfiyyatçısı olan igidimiz ali hərbi təhsilini Almaniyada almışdı. Bütün şəkillərdə üzü gülən Nurlan, düşmən üzərinə də iri addımlar ilə elə gülə-gülə irəliləyirdi.

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, Nurlan 30 illik ömründən geriyə danışmaqla bitməyən xatirələr qoyub getdi. İndi evində olan hər bir detal, ən kiçik əşya belə onu xatırladır.

Nurlan ingilis, rus, alman, fransız dillərini mükəmməl bilən, Türkiyə, Rumıniya, Gürcüstanda Azərbaycanı layiqincə təmsil edən, "Ən yaxşı əcnəbi kursant" və "Atıcılıq üzrə qızıl medalla" təltif edilən igidimiz olub. 5 il Murovda düşmənlə üz-üzə Vətənin keşiyini çəkən Nurlan sonda Murov ilə yanaşı, Füzuli, Cəbrayılı da düşməndən azad edən oğullardan oldu. Hadrut istiqamətində gedən döyüşlərdə şəhadətə yüksələn qəhrəmanımız ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Şəhadətin mübarək, qardaş, məkanın cənnət olsun!

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar