Aztəminatlı ailələrdən olan tələbələrə ŞAD XƏBƏR

Oxunma sayı: 546
Ölkə       23 Yanvar 2021, 18:45
Aztəminatlı ailələrdən olan tələbələrə     ŞAD XƏBƏR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Aşağı gəlirli olan insanlara təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur.


Azmedia.Az xəbər verir ki , bunu Təhsil naziri Emin Əmrullayev deyib.


Onun sözlərinə görə, bu ilin yeniliklərindən biri tələbə kreditlərinin ali təhsil alan tələbələrə verilməsidir:


"Bu məsələdə də iki prinsip öz əksini tapacaq. Sosial cəhətdən aşağı gəlirləri olan insanlara faizsiz kreditlərin verilməsini və akademik nəticələri yüksək olan tələbəyə standart kredit paketi verməyi düşünürük. Amma kreditlər ümumilikdə vətəndaş məsuliyyəti deməkdir. Dövlət bununla həm də aşağı gəliri olan ailələrə, eyni zamanda bacarığı yüksək olan insanların təhsili üçün imkan yaradır. Bu baxımdan, gələcəkdə bizim böyük imkanlarımız olacaq".

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar