OnePlus 7T təqdim olundu - QİYMƏTLƏR - VİDEO

Oxunma sayı: 128
Texnologiya       30 Sentyabr 2019, 09:00
OnePlus 7T təqdim olundu     - QİYMƏTLƏR - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

OnePlus şirkəti Hindistanda keçirtdiyi təqdimat tədbiri çərçivəsində öz yeni flaqman smartfon modeli olan OnePlus 7T-ni təqdim etdi. Yeni OnePlus 7T modeli daha öncə təqdim edilmiş adi OnePlus 7-dən xarici görünüşcə çox az fərqlənsə də texniki göstəricilər üzrə diqqətə layiq yeniliklər əldə edib. Beləliklə OnePlus 7T modeli 6.55 düym Fluid AMOLED ekrana sahibdir.

 

Azmedia.Az technote.az-a istinadən bildirir ki, ekranın isə 90 Hz tezlik yenilənməsini özündə birləşdirir və HDR10+ texnologiyasını dəstəkləyir. Təqdimat zamanı şirkət bildirdi ki, o artıq öz smartfonlarında 60 Hz-lik ekranlardan istifadə etmək niyyətində deyil. Bununla yanaşı yeni modeldə ekran ətrafı çərçivələr daha da nazikləşib. Smartfonun əsas xarici görünüş dəyişikliyi məhz arxa paneldədir. Belə ki, OnePlus 7T-nin üçlü arxa kamerası arxa paneldə yerləşdirilmiş xüsusi dairəvi hissəsinin daxilində reallaşdırılıb.

 

Əsas texnki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 855 prossessoru, Adreno 640 qrafik sürətləndirici, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (UFS 3.0 standartlı), 48 MP (f/1.6 diafraqmalı, OIS + EIS) + 12 MP (f/2.2 diafraqmalı, 2 qat optik zoom) + 16 MP (f/2.2 diafraqmalı genişbucaqlı kamera modulu) üçlü arxa kamera, 16 MP-lik (f/2.0 diafraqmalı, EIS) ön kamera və WARP Charge 30T adlı sürətli enerji yığma texnologiyalı 3800 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

 

Smartfonun barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. OnePlus 7T modeli OxygenOS interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon gələn ay satışa çıxacaq. 128 GB daxili yaddaşa sahib model 535$-a, 256 GB daxili yaddaşa sahib model isə 564$-a satılacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar