Çempionlar Liqasında qonaqların gecəsi

Oxunma sayı: 518
İdman       8 Aprel 2021, 06:42
Çempionlar Liqasında     qonaqların gecəsi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

 

Azmedia.Az  oxu.az-a istinadən xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

 

ÇL-in son qalibi “Bavariya” doğma meydanda PSJ-ni qəbul edib. 

 

Beş qolun vurulduğu oyunda qonaqlar qələbəyə seviniblər – 3:2.

 

1/8 final mərhələsində “Yuventus”u mübarizədən kənarlaşdıran Portuqaliyanın “Portu” klubu isə “Çelsi” ilə qarşılaşıb.

 

İngilislər səfərdə iki cavabsız qola seviniblər.

 

Xatırladaq ki, ilk oyun günündə “Mançester Siti” (İngiltərə) “Borussiya”ya (Dortmund, Almaniya) (2:1), “Real” (İspaniya) isə “Liverpul”a (İngiltərə) (3:1) qalib gəlib. 

 

UEFA Çempionlar Liqası

 

1/4 finalın ilk oyunları

 

7 aprel

 

“Bavariya” (Almaniya) – PSJ (Fransa) - 2:3
Qollar: Şupo-Motinq, 37. Müller, 60 – Mbappe, 3; 68. Markinyos, 28. 

 

“Portu” (Portuqaliya) – “Çelsi” (İngiltərə) - 0:2

 

Qollar: Maunt, 32. Çiluell, 85.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar