Bakıda 550 küçə dezinfeksiya edilib

Oxunma sayı: 151
Ölkə       11 Aprel 2021, 01:00
Bakıda 550 küçə dezinfeksiya edilib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün paytaxtda təmizliklə bağlı daxili iməcilik və geniş dezinfeksiya tədbirləri keçirilib.

 

Azmedia.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, iməcilik zamanı səkilərin kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, köşklərin, mağazaların vitrinlərinin, həmişəyaşıl ağacların yuyulması həyata keçirilib, yeni ağaclar, kollar əkilib, movcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.

 

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən cari ildə üçüncü, pandemiyanın əvvəlindən isə 21-ci dəfə həyata keçirilən gücləndirilmiş dezinfeksiya işləri zamanı 550 küçə dezinfeksiya olunub.

 

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.//sonxəbər.az
Bakıda 550 küçə dezinfeksiya edilib

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar