Tanınmış həkim "nəfəsalaq" kampaniyasını dəstəkləmədi

Oxunma sayı: 1049
Ölkə       11 Aprel 2021, 01:15
Tanınmış həkim "nəfəsalaq" kampaniyasını dəstəkləmədi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Tanınmış həkim Vasif İsmayıl açıq havada tibbi maska taxılmasına etiraz olaraq sosial şəbəkələrdə başladılan #nəfəsalaq kampaniyası ilə bağlı düşüncələrini paylaşıb.

 

Azmedia.Az qafqazinfo-ya istinadən xəbər verir ki, V.İsmayıl epidemiyanın tez bitməsi üçün maska taxmaq məcburiyyəti ilə bağlı tədbirləri dəstəklədiyini bildirib:

 

"Gözlük taxan biri kimi ilin istənilən fəslində maska taxmaq mənim üçün daha əziyyətlidir. Maska taxmaq bəzi insanların ciddi psixoloji sarsıntı keçirməsinə səbəb olur. Bunları başa düşürəm.

 

Açıq havada 2 metr ətrafda insan olmasa, maska taxmaq qaydasının heç bir tibbi əsası yoxdur. Verilən qərar tamamilə adminstrativ ehtiyacdan irəli gəlir.

Necə?

 

Bundan əvvəl ətrafda insan yoxdursa, maskanı aşağı salmaq mümkün idi. İnsanlar da kütləvi şəkildə bundan istifadə edərək maska taxılma rejimini pozurdular. Hüquq-mühafizə orqanları əməkdaşları ilə sözlü polemikaya girirdilər.

 

Buna görə də, açıq havada maska taxmaq məcburiyyəti gətirildi.

 

İndiki zamanda epidemiyanın mümkün olduqca tez bitməsi üçün tədbirləri dəstəkləmək lazımdır.

 

#nəfəsalaq kampaniyasının isə əksinə, buna mane olduğunu düşünürəm və dəstəkləmirəm".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar