Nişan mərasimi keçirən qudalar məsuliyyətə cəlb edildi

Oxunma sayı: 589
Ölkə       11 Aprel 2021, 05:00
Nişan mərasimi keçirən qudalar məsuliyyətə cəlb edildi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) rayonun İkinci Udulu kəndi ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub.

 

Azmedia.Az report-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, nişan mərasiminin təşkilatçıları (qudalar) da daxil olmaqla, ümumilikdə 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti report-a faktı təsdiqləyib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar