15 yaşlı yeniyetmənin "zarafatı" həbslə nəticələnib

Oxunma sayı: 695
Dünya       11 Aprel 2021, 12:35
15 yaşlı yeniyetmənin "zarafatı"     həbslə nəticələnib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Aprelin 9-da Avstriyanın Federal Kansleri Sebastian Kurtsun ictimaiyyətlə videoformatda görüşü zamanı 15 yaşlı yeniyetmə aprelin 10-da saat 13:00-da Vyananın mərkəzində yerləşən Müqəddəs Ştefan Katedralına silahlı hücum baş verəcəyini elan edib.

 

Azmedia.Az Azərtac-a istinadən bildirir ki, Avstriya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı "Kobra" dəstəsi aprelin 9-da axşam saatlarında Terrorizmə qarşı Mübarizə Federal İdarəsinin təqdim etdiyi məlumatlar əsasında gəncin yerini müəyyən edərək həbs ediblər.

 

İndiyədək hüquq-mühafizə orqanlarının cinayət reyestrində adı keçməyən gənc ilkin ifadəsi zamanı heç bir hücum planlamadığını, canlı yayımın çat bölməsində yazdıqlarının yalnız zarafat məqsədi daşıdığını bildirib. O, ictimai məkan sayılan canlı yayımda yazdıqlarının yaratdığı məsuliyyətin ona məlum olmadığını da etiraf edib.

 

Vyana Əyalət Kriminal İdarəsi bu hadisənin arxasında real terror təhlükəsinin olma ehtimalını və gəncin radikal qruplaşmalarla mümkün əlaqələrini araşdırmaq üçün cinayət işinə başlayıb. "Zarafatı" ona baha başa gələn yeniyetmə isə araşdırmalar başa çatana kimi penitensiar xidmətin yeniyetmələr üçün müəssisəsində qalmalı olacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar