Türkiyə diplomatik qalmaqala görə İtaliyadan hərbi helikopter almaqdan imtina etdi

Oxunma sayı: 162
Dünya       11 Aprel 2021, 15:00
Türkiyə diplomatik qalmaqala görə İtaliyadan hərbi helikopter almaqdan imtina etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Türkiyə hökumət İtaliyanın "Leonardo" (keçmiş "Finmeccanica") hərbi-sənaye konsorsiumundan Hərbi Hava Qüvvələri üçün təlim helikopterlərinin alınması ilə müqaviləni dayandırıb.

 

Azmedia.Az xəbər verir ki. La Repubblica qəzetinin bazar günü yazdığı məlumata görə, 70 milyon avro dəyərində müvafiq müqavilənin bu günlərdə imzalanması gözlənilirdi. Lakin Türkiyə tərəfi İtaliyanın Baş naziri Mario Draginin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalarına görə müqaviləni təxirə salıb .

 

Qəzetin yazdığına görə, AW169 maşınlarının köhnə "Agusta-Bell 206" modelini əvəz etməsi üçün imzalanmalı olan razılaşma İtaliya tərəfinə 150 milyon avroya qədər gəlir gətirə bilər. Nəşr iddia edir ki, İtaliyanın enerji sektoru da təhlükə altındadır. Ankaranın Romanın rəsmi şəkildə üzr istəməsi üçün u yolla təzyiq göstərməyə çalışdığı ehtimal olunur.//oxu.az

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar