Çayxanada şənlik təşkil edənlər cərimələndi - FOTO

Oxunma sayı: 148
Ölkə       11 Aprel 2021, 15:30
Çayxanada şənlik təşkil edənlər cərimələndi -     FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı rayonun Topçu kəndində yerləşən çayxanada insanların kütləvi iştirakı ilə şənlik təşkil edildiyi müəyyən edilib.

 

Azmedia.Az APA-ya istinadən xəbər verir ki, həmin obyektə baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar olunub.

 

Polis əməkdaşları tərəfindən həmin şənliyin keçirilməsinin qarşısı alınıb, orada iştirak edənlər və icarədar Vasif Cəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

 

Karantin qaydalarını pozan Vasif Cəbiyevə ciddi xəbərdarlıq olunub.
Çayxanada şənlik təşkil edənlər cərimələndi - FOTOÇayxanada şənlik təşkil edənlər cərimələndi - FOTOÇayxanada şənlik təşkil edənlər cərimələndi - FOTO

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar