İsmayıllıda nəhəng samovar hazırlandı - VİDEO

Oxunma sayı: 360
Maraqlı       11 Aprel 2021, 17:35
İsmayıllıda nəhəng samovar hazırlandı -     VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İsmayıllıdan olan misgər nəhəng samovar hazırlayıb. Samovarın hündürlüyü 2,2 metr, çevrəsinin uzunluğu isə 3 metrdir. Hazırlanmasına isə 6 ay vaxt sərf olunub.

 

Azmedia.Az bildirir ki, bu nəhəng samovarı İsmayıllının Lahıc qəsəbəsindən olan misgər Kəbleyi Əliyev ərsəyə gətirib. Misgərliyin sirrini nəsildən-nəslə ötürən sənətkar bu cür yeniliklə də tarixdə qalmaq istəyib.

 

Samovarın hündürlüyü 2,2 metr, çevrəsinin uzunluğu isə 3 metrə bərabərdir. 250 litr su tutan samovarın odluğuna 10 kiloqrama yaxın kömür yerləşir. Qaynaması üçün isə 1 saata yaxın vaxt lazımdır. Samovarın hazırlanmasına 3 kvadratmetr mis və 1,3 kvadratmetr aliminium lövhə sərf olunub. Milli ornamentlərlə bəzədilməsi də görənlərin marağına səbəb olur.

 

Samovarın hazırlanmasına 6 ay vaxt sərf olunub.//xəzərxəbər

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar