Qırğızıstanda seçkilər və referendum başa çatdı

Oxunma sayı: 445
Dünya       11 Aprel 2021, 22:00
Qırğızıstanda seçkilər və referendum başa çatdı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Qırğızıstanda konstitusiyaya düzəlişlərin tətbiqi üzrə referendum və yerli hakimiyyət orqanlarına seçkilər başa çatıb.

 

Azmedia.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Seçki və Referendumlar üzrə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

 

"Axşam saat 20-də (Bakı vaxtı üzrə saat 18:00) 2 483 seçki məntəqəsi bağlanıb, hansılar ki, bu gün səhər saat 8:00-dan (Bakı vaxtı ilə saat 06:00) işləyib", - Mərkəzi Seçki Komissiyasının nümayəndəsi bildirib. Onun məlumatına görə, səsvermədə vətəndaşların təxminən 30%-i iştirak edib, ancaq məntəqələrdən Bişkekə informasiyalar gəlməkdə davam edir, buna görə də rəqəmlər dəyişəcək.

 

Səsvermənin gedişini 31 ölkədən 180-dən çox beynəlxalq müşahidəçi izləyib.

 

MSK-nın rəhbəri Nurjan Şayldabekova bildirib ki, səsvermənin ilkin nəticələri onun başa çatmasından sonrakı 1 saat ərzində məlum olacaq.

 

Seçkilərdə 420 şəhər və kənd şuralarındakı 7 560 yerə 18 772 namizəd iddialıdır, onlardan 63-ü siyasi partiyaların namizədləri kimi qeydə alınıb, digərləri namizədliklərini müstəqil irəli sürüblər.

 

Qeyd edək ki, Qırğızıstanda yerli hakimiyyət orqanlarına seçkilər və konstitusiyaya dəyişikliklərin tətbiqi ilə bağlı referendum keçirilib. Seçicilərin 30%-nin səsvermədə iştirak edəcəyi halda referendum baş tutmuş hesab edilir. Referendumla eyni zamanda ölkənin 28 şəhərində və 420 kənd dairəsində yerli şuralara seçkilər keçirilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar