Koronanın qarşısını alan 3 ucuz vasitə

Oxunma sayı: 1126
Sağlamlıq       11 Aprel 2021, 23:00
Koronanın qarşısını alan     3 ucuz vasitə

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bəzi aktiv maddələrlə hazırlanan qarqaraların COVID-19-un 99,1% nisbətində qarşısını aldığını təsdiqləyən klinik araşdırmalar var.

 

Azmedia.Az bildirir ki, bunu türk stomatoloq Aykan Onur Atilla deyib.

 

"Pandemiya zamanı insanlar ağız sağlamlığına laqeyd yanaşmamalıdır. Diş klinikalarında lazımi tədbirlər görülür və xəstələrə bununla bağlı müdaxilələr edilir. Diş həkimi olaraq öyrəndiyimiz ən vacib məsələ özümüzü və xəstələrimizi yoluxucu xəstəliklərdən qorumaqdır. Bu səbəblə pandemiya dövründə ağız boşluğumuzun qeydinə qalmalıyıq. Bunun üçün hansı tədbirlərin görülməsinin lazım olduğu məlumdur", - stomatoloq bildirib.

 

A.O.Atilla əlavə edib ki, 30 saniyə ərzində bəzi aktiv maddələrlə ağız boşluğunun qarqara edilməsinin koronavirusun qarşısını aldığını göstərən klinik araşdırmalar var:

 

"Povidon yod, hidrogen peroksid, xlorgeksidin kimi ilk müdafiə vasitələri ilə virusun ağciyərlərimizə daxil olmasını dayandıra bilərik".

 

Stomotoloq pandemiya dönəmində xəstələrin daha çox diş sıxılması şikayətləri ilə müraciət etdiklərini deyib:

 

"Son vaxtlar, əsasən, diş sıxılması və çənə-oynaq narahatlığı ilə klinikamıza müraciət edirlər. Virusun yaratdığı təzyiq insanların dişlərinin sıxılmasına, qulağın ön hissəsində ağrıya səbəb olub. Stomatoloq olaraq bunun üçün müxtəlif tədbirlər görürük. Çənə oynağının sağlamlığı vacib şərtdir, geri dönülməz bir xəstəlikdir. Bu, stressdən yaranır. Müalicəsi var, önəmli olan müalicəni gecikdirməməkdir". //medicina.az

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar