İngiltərədə nikah haqqında şəhadətnamədə ana adı da qeyd ediləcək

Oxunma sayı: 464
Dünya       7 May 2021, 03:00
İngiltərədə nikah haqqında şəhadətnamədə     ana adı da qeyd ediləcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İngiltərə və Uelsdə nikah haqqında şəhadətnamədə bundan sonra cütlüyün təkcə ata adı deyil, ana adı da qeyd ediləcək.

 

Azmedia.Az sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" Britaniya Daxili İşlər Nazirliyinə istinadla xəbər yayıb.

 

Bildirilir ki, evlənənlərin ana və ata adlarının qeyd olunması uzun illər davam edən "tarixi anomaliyanı düzəltməlidir".

 

O da vurğulanır ki, əvvəllər qeydiyyat idarələri, kilsələr və digər dini müəssisələrdə cütlüklərin imzaladığı nikah şəhadətnamələrini elektron reyester əvəzləyəcək.

 

 

Bunun vaxt və pulun qənaətinə gətirəcəyi, həmçinin daha təhlükəsiz olduğu düşünülür.

 

"Evlilik Qanununa edilən bu dəyişikliklər, 1837-ci ildən bəri nikah qeydiyyatı sistemindəki ən böyük dəyişiklikdir", - deyə DİN-dən vurğulanıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar