AVRO-2020 kuboku Bakıda -FOTO

Oxunma sayı: 501
Ölkə       7 May 2021, 13:06
AVRO-2020 kuboku Bakıda    -FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İyunun 11-də Romada start götürəcək futbol üzrə Avropa Çempionatının əsas mükafatı olan “Anri Delone” kuboku Avropa səyahətinə çıxıb. Dünən xəbər verdiyimiz kimi, kubok artıq Bakıdadır.

Azmedia.Az xəbər verir ki, kubok artıq Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Atəşgah Məbədi, Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionunda olub.

Kubok turu bu gün də davam edəcək və bir neçə saat ərzində Bakının mərkəzi küçələrində yerli sakinlərə təqdim olunacaq. Turun əsas məqsədi ictimaiyyəti kubokla tanış etmək və AVRO həyəcanını Bakı küçələrinə yaymaqdır. Kuboku turnirin rəsmi maskotu Skillzy və digər personajlar müşayiət edəcək.

Kubok Turu Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagendə davam edəcək.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar