Bu gündən idman zallarının fəaliyyəti bərpa edilir

Oxunma sayı: 325
Ölkə       10 İyun 2021, 08:55
Bu gündən idman zallarının fəaliyyəti     bərpa edilir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gündən etibarən idman zalları açılır.

 

Azmedia.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edib.

 

Qərara əsasən, iyunun 10-u saat 00.00-dan etibarən idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan) fəaliyyəti bərpa edilir.

 

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

Qeyd edək ki, 14 mart 2020-ci il tarixindən idman zallarının fəaliyyəti dayandırılıb. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar