Qız 21 dəqiqəlik ölən atasını XİLAS ETDİ - FOTO

Oxunma sayı: 267
Dünya       11 İyun 2021, 05:00
Qız 21 dəqiqəlik ölən atasını     XİLAS ETDİ - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Londonda Nikolas De Santis adlı sahibkarın ürəyi 21 dəqiqəlik dayanıb, lakin 22 yaşlı qızı Alaya onu ölümdən xilas edib.

 


Qız 21 dəqiqəlik ölən atasını XİLAS ETDİ - FOTO

Azmedia.Az big.az-a istinadən xəbər verir ki, bu barədə "Metro" yazır.

Belə ki, 2019-cu ilin dekabr ayında iş adamı sinəsində narahatlıq hiss edib, lakin bunu soyuqdəymədən olduğunu düşünərək əhəmiyyət verməyib.

 

2020-ci ilin aprel ayının 2-də Alaya Amerikaya yollanmadan öncə atasına baş çəkmək üçün onun evinə gəlib.

Qızı gəldikdən bir müddət sonra kişi huşunu itirərək yerə yıxılıb. Alaya dərhal təcili tibbi yardıma zəng edərərək həkim təlimatıyla atasına süni nəfəs verib.

Hadisə yerinə gələn həkimlər Sntisi xəstəxanaya yerləşdiriblər. Məlum olub ki, xəstə şah damarı tıxandığı üçün huşunu itirib.

O, süni koma vəziyyətinə salınaraq bir aya intensiv terapiya şöbəsində saxlanılıb.

Sağalandan sonra Santis onu xilas edən qızına və həkimlərə təşəkkürünü bildirib:

"Mən bu dünyanı 21 dəqiqəlik tərk etdim. Sağ qaldığım üçün çox şanslı olduğumu dərk edirəm və həyatı əvvəlkindən də gözəl hesab edirəm. Qızıma və yanımda olub mənə yardım edən hər kəsə minnətdaram".

Milli Səhiyyə Xidmətinin hesabatına görə, Santis Böyük Britaniyada xəstəxana xaricində ürəyi dayandıqdan sonra sağ qalan 8,6 faiz xəstələrdən biridir.
Qız 21 dəqiqəlik ölən atasını XİLAS ETDİ - FOTO

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar