COVİD-19 testi ilə bağlı saxta arayış qalmaqalı böyüyür: Cinayət işi başlandı

Oxunma sayı: 145
Ölkə       11 İyun 2021, 14:53
COVİD-19 testi ilə bağlı saxta arayış qalmaqalı böyüyür:     Cinayət işi başlandı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

COVID-19 testinin nəticələrinə dair tibbi arayışların saxta olması faktına görə cinayət işi başlanıb.

 

Azmedia.Az  sonxeber.az-ın xəbərinə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin açıqladığı məlumatda bildirilib. Məlumatda deyilir:

 

Xəbər verildiyi kimi, bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair "Leyla Medical Center" və "Oxygen" klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar yayılıb.

 

Prokurorluqda aparılan araşdırma zamanı müəyyən edilib ki, "ƏSR" və "Arkan Tour" MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 96 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə "Oxygen" və "Leyla Medical Center" klinikalarının məlumatı olmadan həmin tibb müəssisələrinin adından tərtib edilmiş neqativ test nəticələri ilə bağlı saxta sənədlərin əldə edilməsinə və həmin saxta sənədlərin sərnişinlərə müəyyən məbləğdə pul vəsaiti müqabilində təqdim edilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Qeyd edilənlərlə bağlı fakta görə "ƏSR" və "Arkan Tour" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar