Ağdaşda ağır qəza, yaralılar var

Oxunma sayı: 327
Qəza       30 Oktyabr 2019, 08:24
Ağdaşda ağır qəza, yaralılar var

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ağdaş rayonunda baş verən qəzada 4 nəfər xəsarət alıb.

 

Azmedia.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

 

Belə ki, "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarında olan maneəyə çırpılıb.

 

Qəza nəticəsində 1967-ci il təvəllüdlü Abışov Muxtar Qaçay oğlu, 1971-ci il təvəllüdlü Şahbazov Şəmsəddin Hüseyn oğlu, 1972-ci il təvəllüdlü Hüseyinov Muradxan İsa oğlu və 1968-ci il təvəllüdlü Yusubov Etibar Qədir oğlu ağır xəsarətlər alıblar.

 

Yaralılar Ağdaş rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

 

Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar