Xətaidəki yanğında boğulanların hamısı ambulator müalicəyə buraxılıb

Oxunma sayı: 216
Ölkə       15 Noyabr 2019, 13:48
Xətaidəki yanğında boğulanların hamısı ambulator müalicəyə buraxılıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakının Xətai rayonu Neapol küçəsi, 29/42-da, mənzil 79-da mansardın yanması nəticəsində 11 nəfərin boğulma ehtimalı ilə xəstəxanaya gətirilib.

 

Azmedia.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub. Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

 

Hadisə nəticəsində 5-i uşaq olmaqla, 11 nəfər tüstüdən boğulma ehtimalı ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar