Sağlam saqqal uzatmağın yolları - Kişilərin DİQQƏTİNƏ

Oxunma sayı: 346
Sağlamlıq       30 Noyabr 2019, 23:57
Sağlam saqqal uzatmağın yolları     - Kişilərin DİQQƏTİNƏ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Saqqal saxlamaq indi dəb halını alıb. Amma, hansı səbəblərdənsə bəzi kişilərin üzündə tüklər tez uzanır və cod olur,bəzilərində isə gec uzanır. Əgər siz də üzünüzdə sağlam və cod tüklərin çıxmasını istəyirsinizsə o zaman bəzi hiylələrə əl atmaqla buna nail ola bilərsiniz.

 

Azmedia.Az medicina.az-a istinadən bildirir ki, piy, çirk və tozlar dəridə təbəqə əmələ gətirib follikulların inkişafının qarşısını alırlar. Üzün təmizliyi follikulların inkişafına təkan verir və tüklərin tez uzanmasına səbəb olur.


 
Bundan əlavə aşağıda göstərilən məsləhətlərdən yararlanıb yaxşı saqqala sahib ola bilərsiniz:

 

-Üzünüzü isiti su və az miqdar təmizliyici vasitə ilə gündə iki dəfə yuyun. Günün istənilən vaxtı üzünüz kirləndikdə , tərlədikdə və yağlandıqda onu isti su ilə yuya bilərsiniz.

 

-Əgər üzünüzdə tük əvəzinə səpgilər meydana gələrsə o zaman həftədə iki dəfə kəpək əleyhinə şampunla üzünüzü yuya bilərsiniz.Bu zaman çalışın,dərinizi qıcıqlandırmayasınız.

 

-Dəri təmizləyici vasitələrdən həfətə bir dəfədən artıq istifadə etmək olmaz.

 

-Üzünüzü yuduqdan sonra dəsmalla qurulayıb yumşaldıcı losyonla silin. Bu toxumların sağlamlaşmasına və follikulların inkişasına müsbət təsir edir.

 

-Üzünüzü gec-gec qırxın.El arasında tükün tez-tez qırxıldıqda uzandığı baradə şayələr gəzir,amma, bu belə deyil. Əgər üzünüzün tükünün rahat uzanmasını istəyirsinizsə o zaman üzünüzə sakitlik verin və tez-tez üzünüzü qırxaraq qıcıqlandırmayın.

 

-Tükün uzanmasının onun qırxılması ilə heç bir əlaqəsi yoxdur. Buna görə də üz qırxmaqdan əl çəkin.

 

-Üzünüzün tüklərinin formalaşmadığı zamanlarda bir müddət yığıncaqlardan uzaq durun.

 

-Masaj vasitəsilə tük follikullarını fəaliyyətini stimulyasiya edin.

 

-Masaj tük dibi follikullarının fəaliyyətini artırır və tüklətin çıxmasını sürətləndirir.

 

-Üzün eyni hərəkətlə və incə massajı tükün uzanmasın stimul verir. Kiçik dairəvi hərəkətlərlə edilən gündə 2 dəfə 15 dəqiqəlik massaj tüklərin çıxmasını sürətləndirəcək.

 

-Sakit olmağa çalışın. Stressin insanın tüklərinin zəifləməsinə səbəb oplduğu təsdiq olunub.

 

-Həm psixi, həm də fiziki stresslər insanın immun sistemini zəiflədir.Bu da tüklərin ləng böyüməsinə və zəif olmasına səbəb olur. Müxtəlif meditasiya hərəkətləri ilə, idmanla stres əlamətlərini azalda və aradan qaldıra bilərik.

 

-Yuxu rejiminə əməl edin. Normal yuxu tük dibi köklərinin sağlam olmasına və tüklərin normal inkişafına səbəb olur.Bəzi mütəxəssislər tüklərin yuxu zamanı uzandığını söyləyirlər.

 

-Davamlı olaraq idmanla məşğul olmaq. İdman edərkən orqanizmin bütün orqan və toxumalarının fəaliyyəti artır. Bu zaman qanın sirkulyasiyası da artır.
Qanın sirkulyasiyasının artması iaə tükdibi kisələrə müsbət təsir edir. Bu tük follikullarına da aiddir.

 

-Siqaretdən uzaq durun. Siqaret çəkmək orqanizmin immun sistemini aşağı salır.

 

-Nikotin toxumların qidalanmasını zəiflədir. Bu səbədən də tüklərin uzanma prosesi zəifləyir.

 

-Uzun müddət siqaret çəkənlərin damarları normal işləmədiyinə görə tük follikullarının da qidalanması zəifləyir və bu da tüklərin uzanmasını ləngidir.

 

-Qida rasionuna diqqət etmək. Gündəlik qida rasionunda karbohidratların və süzülməmiş yağların normal miqdarda olması tüklərin çıxmasını sürətləndirir.

 

-Normal qidalarla qidalanmaq tüklərin inkişaf etməsinə yardım edir və sağlam tüklərin çıxmsına səbəb olur.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar