Whatsappda daha bir Yenilik

Oxunma sayı: 342
Texnologiya       10 Dekabr 2019, 06:00
Whatsappda daha bir     Yenilik

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

 Azmedia.az dünya mətbuatına istinadən xəbər verir ki, məşhur Whatsapp messencerində tapşırıqların yaradılması və xatırlatmaların təyin edilməsi funksiyası reallaşdırılıb.

 

 Bu yeni funksiya xatırlatmalar servisi olan Any.do ilə birgə əməkdaşlıq vasitəsilə yaradılıb.

 

Yeni funksiyanın adı isə Whatsapp Reminders-dir. İstifadəçilər bu yeni funksiyanı 1 həftə ərzində pulsuz şəkildə test edə bilərlər.

 

Daha sonra bu funksiya abunəlik şəklində aktiv olacaq. Messencerdə xatırlatmalar Any.do botu vasitəsilə təyin edilir. İstifadəçi sadəcə olaraq hansısa hadisəni və ya işi xatırlatmaq üçün Any.do botuna zaman təyinini özündə əks etdirən sorğu göndərməlidir.

 

Sözügedən xidmətin dəyəri aylıq 2.98$ təşkil edir.

 

Qaragöz Dadaşova

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar