Galaxy S10 Lite, Note 10 Lite, A51, A71 smartfonlarının qiymətləri və satış tarixləri məlum oldu

Oxunma sayı: 410
Texnologiya       10 Dekabr 2019, 12:40
Galaxy S10 Lite, Note 10 Lite, A51, A71 smartfonlarının qiymətləri və satış tarixləri məlum oldu

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az dünya mətbuatına istinadən xəbər verir ki, Samsung şirkəti hal hazırda Galaxy S10 Lite, Galaxy Note 10 Lite, Galaxy A51 və Galaxy A71 smartfon modelləri üzərində çalışır. İndi isə həmin smartfonların nə zaman satışa çıxacaqları və satış qiymətləri barəsində məlumat verilib. Bu barədə GalaxyClub saytı xəbər verib. Belə ki, GalaxyClub saytının jurnalistləri Slovakiyanın Datart adlı online mağazasında sözügedən smartfonların qiymətlərini aşkar ediblər.

 

    Aşkar edilmiş məlumata əsasən Galaxy S10 Lite 669 avroya, Galaxy Note 10 Lite 609 avroya, Galaxy A51 375 avroya, Galaxy A71 isə 469 avroya satılacaq. Online mağazada bu smartfonların texniki göstəriciləri və fotoları olmasa da orda qeyd edilib ki, sözügedən smartfonlar 27 dekabr tarixində satışa çıxacaqlar.

 

    Qeyd etmək lazımdır ki, Galaxy A51 ilə Galaxy A71 modelləri 12 dekabr tarixində təqdim olunacaqlar. Galaxy S10 Lite və Galaxy Note 10 Lite modellərinin təqdimat tarixləri barəsində isə heç bir məlumat yoxdur. Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy S10 Lite və Galaxy Note 10 Lite modellərinin təqdimatlarını yanvar ayına təxirə salıb. 

 

Qaragöz Dadaşova

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar