"Bunu efirə görə tərgitmişdim. Ayağımı yerə vurub..." - Nanə AĞLADI

Oxunma sayı: 259
Yerli       10 Dekabr 2019, 12:53
"Bunu efirə görə tərgitmişdim. Ayağımı yerə vurub..." - Nanə AĞLADI

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Nanə Ağamalıyeva aparıcısı olduğu proqramda tamaşaçılara bir xüsusiyyətindən bəhs edib.

 

Azmedia.az Milli.Az-a istinadən  xəbər verir ki, xanım aparıcı efir vasitəsi ilə onu tənqid edənlərə üzünü tutub:

 

"Mən ümumiyyətlə çox bərkdən gülən insanam. Son dövrlərdə bunu efirə görə tərgitmişdim. Mənim tələbəlik vaxtında bir xasiyyətim var idi, hər kəs bilirdi ki, mənəm gülən. Çünki, güləndə ayağımı yerə vurub gülərdim. Bilirdilər ki, bu yenə gülür. Patokda hər kəs bilirdi ki, Nanə özündən gedib. Mən get-gedə bu gülməkləri efirdə tərgitdim. Yazırdılar ki, "Nə qədər gülürsən". Sonra, başladım kədərli mövzulara toxunmağa. Ağladıq, dedilər "Nə qədər ağlayırsan?". Yenə də qərar verə bilmədik. Bilmədim gülək, yoxsa ağlayaq. Son zamanlar dedim necə gülürsün elə də gül efirdə. Efirə də baxanda dedim "Nanə, burada nə bərk gülmüsən". Amma olanımdır da, belə gülürəm. Bir nəfər mənə dedi ki, mənim yoldaşımın gözləri görmür. Sizin veriliş başlayanda deyir ki, "O qızın gülməyini çox sevirəm". Bircə gülməyimizi hiss etmək üçün bizi izləyən insanlara mən təşəkkürümü bildirirəm (qəhərlənir). Düşünürəm ki, bu sevginin bundan ötə bir həddi yoxdur".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar