Sumqayıtda eyni yol dördüncü dəfə çökdü

Oxunma sayı: 381
Ölkə       10 Dekabr 2019, 18:43
Sumqayıtda eyni yol dördüncü dəfə çökdü

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Sumqayıt şəhərində yol çöküb.

 

Azmedia.Az oxu.az-a istinadən xəbər verir ki, söhbət şəhərin "Dejurnu" adlanan ərazisində, Kamran Hüseynov küçəsindən gedir.

 

Ərazidə yolun çökməsi nəticəsində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

Təhlükəsizlik məqsədilə ərazinin ətrafı lentlənib, piyadaların ehtiyatlı olması üçün xəbərdarlıq edilib.

 

İlkin məlumatlara görə, hadisə zamanı zərərçəkən olmayıb.

 

Xatırladaq ki, sözügedən küçədə yolun çökməsi artıq dördüncü dəfədir baş verir. Daha əvvəl isə həmin küçədə çökən ərazidən bir neçə metr irəlidəki hissə çökmüşdü. Bir neçə dəfə yolda təmir-bərpa işləri aparılsa da, görünən odur ki, bu, çökmənin qarşısını ala bilmir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar