Ağcabədidə polisə tabe olmayan şəxs özünü bıçaqladı

Oxunma sayı: 358
Kriminal       10 Dekabr 2019, 20:00
Ağcabədidə polisə tabe olmayan şəxs özünü bıçaqladı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dekabrın 9-da saat 20 radələrində Ağcabədi şəhərinin ərazisində Avşar kənd sakini S.Xanalıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil üzərində dövlət qeydiyyat nişanları olmadığı üçün DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Azmedia.Az-a verilən məlumata görə, araşdırma zamanı S.Xanalıyevin sənədlərinin də olmaması müəyyən edildiyindən avtomobilin müvəqqəti duracağa aparılması bildirilib. O və sərnişini, kənd sakini C.Rəfiyev tabeçilik göstərmədiklərindən hadisə yerinə PPXB-nin əməkdaşları çağırılıb. Bu zaman C.Rəfiyev özünün qarın nahiyəsinə bıçaqla daxilə nüfuz edən xəsarət yetirib.

 

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi və 3 ədəd patron, habelə nəqliyyat vasitəsinin yük yerində ona aid 1 ədəd dövlət qeydiyyat nişanı aşkar edilərək götürülüb.

 

C.Rəfiyev xəstəxanaya yerləşdirilib.

 

S.Xanalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar