ABŞ qadağan olunmuş “İskəndər”in analoqunu sınaqdan keçirdi

Oxunma sayı: 296
Dünya       12 Dekabr 2019, 18:17
ABŞ qadağan olunmuş “İskəndər”in analoqunu sınaqdan keçirdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Nyu-Mexikoda "Ağ qum" təlim poliqonunda  ABŞ ordusu üçün yeni "Precision Strike" (PrSM) "Yer-Yer" raketinin ilk sınaq uçuşları keçirilib.

 

Azmedia.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Lockheed Martin" şirkəti xəbər yayıb.

 

Silah ABŞ tərəfinin "Qısa və orta mənzilli raketlərin ləğvinə dair müqavilə" ilə qadağan olunmuş saydıqları Rusiyanın "İskəndər" kompleksinin analoqudur.

 

ABŞ korporasiyası qeyd edib ki, buraxılış "High Mobility Artillery Rocket System" (HIMARS) qurğusu ilə 240 kilometr məsafə üçün keçirilib. Testlər zamanı, xüsusən uçuş yolu və hədəfə vurulma dəqiqliyi izlənilib.

 

"Defense News"un məlumatına görə, hazırda PrSM-in maksimal məsafəsi 499 kilometrə bərabərdir, lakin ABŞ və Rusiya raketlərin ləğvinə dair sözügedən müqavilədə məsuliyyət daşımadıqları üçün bu rəqəm 550 kilometrə çatdırıla bilər.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar