Bakıda kirayənişin 43 yaşlı kişini ürəyindən bıçaqladı

Oxunma sayı: 270
Kriminal       12 Dekabr 2019, 18:24
Bakıda kirayənişin 43 yaşlı kişini ürəyindən bıçaqladı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

 

Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Abdinov Həmid İntiqam oğlu Xəzər rayonu, Qala qəsəbəsində kirayədə yaşadığı nömrəsiz evin həyətində 1976-cı il təvəllüdlü Ağalarov Əli Mirqubad oğluna sol döş qəfəsi və bel nayihəsindən 2 bıçaq zərbəsi endirib.

 

Hadisə qısqanclıq zəminində baş verib.

 

Yaralı xəstəxanaya çatdırılıb. H.Abdinov hadisə yerindən qaçıb.

 

Faktla bağlı cinayət işi başlanıb. Hazırda hadisənin törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar