Google Chrome oğurlanmış istifadəçi şifrələri barəsində məlumat verə biləcək

Oxunma sayı: 202
Texnologiya       13 Dekabr 2019, 14:30
Google Chrome oğurlanmış istifadəçi şifrələri barəsində məlumat verə biləcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Google şirkəti Chrome brauzerinin yeni versiyasını təqdim edib və həmin versiya məlumat sızıntıları səbəbilə istifadəçinin şifrəsinin oğurlanması barəsində onu məlumatlandıracaq. Azmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Chrome brauzerinin ayarlarında çoxmərhələli şifrələnmə ilə qorunan yeni funksiya istifadəyə veriləcək. Həmin funksiya isə istifadəçi şifrələrini sızdırılrmış məlumatlar bazası ilə müqayisə edəcək. İstifadəçi şifrələrinin həmin məlumatlar bazasında olduğunun aşkar edilməsi halında brauzer istifadəçini məlumatlandıracaq və şifrələrin dəyişdirilməsi təklifini edəcək.

 

    Daha öncədən istifadəçi şifrələrinin sızıdırılmış məlumatlar bazası ilə müqayisəsi yalnız ayrıca tətbiq vasitəsilə mümkün idi. Bundan əlavə olaraq Chrome brauzeri fişinq saytarın bazasını yaradıb və həmin baza real zaman ərzində yenilənir. İndiyənə kimi fişinq saytlar bazasına hər 30 dəqiqədən bir yeni məlumatar əlavə olunurdu. Lakin hackerlər domenləri dəyişərək həmin saytları axtarış sistemindən gizlətməyi bacarırdılar. Məlumatda qeyd edilib ki, sözügedən baza fişinq saytlardan olan təhlükəni 30% aşağı salmalıdır. 

 

Qaragöz Dadaşova

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar