Sağlamlıq üçün ən təhlükəli smartfonlar açıqlanıb

Oxunma sayı: 35
Texnologiya       28 Dekabr 2019, 08:15
Sağlamlıq üçün ən təhlükəli smartfonlar açıqlanıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Populyar smartfonların təhlükəsizliyini qiymətləndirən “FeganScott” hüquq şirkəti bir sıra “iPhone” və “Samsung” modellərinin insan sağlamlığı üçün təhlükəsiz elektromaqnit şüalanması səviyyəsini üstələməsini müəyyənləşdirib.

 

Azmedia.az “ICTnews”a istinadən xəbər verir ki, testlər ABŞ Federal Rabitə Komissiyasının (FCC) sertifikatlaşdırdığı müstəqil laboratoriyalar tərəfindən aparılıb. Ən təhlükəli qurğular siyahısında “iPhone 7 Plus”, “8”, “XR”, “Samsung Galaxy S8”, “S9” və “S10” modelləri yer alıb. Məsələn, “Samsung Galaxy S8” limiti üç dəfə, “iPhone 8” isə beş dəfə üstələyib.

 

“FeganScott” nümayəndəsi bildirib ki, smartfon istehsalçıları qurğuların mümkün şüalanma səviyyəsi 500 faizdən çox olduğu halda məhsula görə məsuliyyət daşımalıdırlar. Xüsusilə hüquq şirkəti tələb edir ki, “Apple” və “Samsung” smartfondan zərərçəkənlərin müalicə xərclərini ödəsin.

 

Sınaqların nəticələri dərc edildikdən sonra “FCC” nümayəndəsi “Bloomberg” agentliyinə komissiya tərəfindən sertifikatlaşdırılan bütün qurğuların təhlükəsiz olmasını qeyd edib. “FeganScott” nümayəndəsinin sözlərinə görə, “FCC” testləri smartfonlardan istifadə üzrə real nümunələr barədə az təsəvvürə malik olan laboratoriya şəraitində keçirilir.

 

“Apple” və “Samsung” qurğularının şüalanma səviyyəsinin yüksək olmasına ilk dəfə “The Chicago Tribune” diqqət yetirib. Avqustda nəşr smartfonların testini dərc edərək qurğuların mümkün radiotezlik şüalanması normasını bir neçə dəfə üstələməsini açıqlayıb. Məqaləyə reaksiya verən “Apple” bəyan edib ki, ABŞ-da satılan “iPhone” modelləri “FCC” tərəfindən sertifikatlaşdırılıb və sağlamlıq üçün təhlükəsizdir

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar