Son onilliyin ən uğursuz texnoloji həlləri məlum olub

Oxunma sayı: 32
Texnologiya       28 Dekabr 2019, 09:05
Son onilliyin ən uğursuz texnoloji həlləri məlum olub

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"The Verge" nəşri son onilliyin ən uğursuz texnoloji həllərinin reytinqini tərtib edib. "Samsung Galaxy Note 7" smartfonu ən uğursuz həll adlandırılıb.

 

Azmedia.Az ictnews.az-a istinadən bildirir ki, jurnalistlər bildiriblər ki, 2016-cı ilin qabaqcıl cihazı alışma ilə bağlı xəbərlər yayılmazdan öncə bazarda ən yaxşı smartfonlardan biri adlandırılırdı. Sözügedən smartfonun təqdimatından bir ay sonra ən azı 35 alışma hadisəsi qeydə alınıb. Nəticədə "Samsung" şirkəti akkumulyatorda problem olduğunu etiraf edərək bütün "Galaxy Note 7" partiyasını geri çağırmalı olmuşdu.

 

İlk onluğa Cənubi Koreya şirkətinin aparatından başqa, "Windows Phone" platforması, "Google Glass" eynəyi, "Amazon Fire" telefonu, 3D ekranlı televizorlar, "Google Hangouts" ani mesajlaşma proqram təminatı və aktual "MacBook" noutbuklarının problemli klaviaturası daxil edilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar