Bu gün “Horadiz” əməliyyatından 26 il ötür Əməliyyatın qəhrəmanı Ramaldanov Şair qonağımızdır

Oxunma sayı: 243
Müsahibə       5 Yanvar 2020, 02:43
Bu gün “Horadiz” əməliyyatından 26 il ötür                   Əməliyyatın qəhrəmanı  Ramaldanov Şair qonağımızdır

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Azərbaycan ordusu çox qısa zamanda 22 yaşayış məntəqəsini azad etməyə nail oldu".

 

Bu sözləri "Horadiz" əməliyyatının 26-cı ildönümü ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ASQ-nin ehtiyatda olan polkovnik, Briqada komandiri, "Horadiz" əməliyyatı qəhrəmanı​ Şair Ramaldanov Azmedia.az-a özəl müsahibəsində deyib.

 

"Azərbaycan ordusu bu gün öz imkanlarına və inkişafına görə ən nüfuzlu, ən statistik qurumların verdiyi təhlil nəticəsində 50 ən güclü silahlı qüvvələri olan dövlətlər arasında öznəməxsus yer alıb.  Azərbaycan ordusunu Ermənistanla müqayisə etdikdə onu deyə bilərəm ki, həmin o statistik qurum Ermənistana 86-cı yeri ayırmışdı. 
Mən qeyd edim ki, Azərbaycan ordusunun bu cür inkişafa malik olmasının ilkin səbəbi ali Baş komandanın ordumuza yüksək  diqqəti nəticəsində ən müasir silahlarla silahlandırılmasıdır. Silah və texnika nə qədər müasir olarsa, bu insan tələfatının azalması deməkdir. Sabah baş verə biləcək döyüşlərdə canlı qüvvə düşmənlə təmasa keçməzdən öncə biz  o inkişaf etmiş texnika ilə düşmənə zərər verə bilirik. Sözügedən bu silahlar adi dəmir parçasıdır, lakin onları işə salmaq peşəkar mütəxəssisin işidir.  Bizim bu silahlara sahib olmağımız və onları idarə edə bilməyimiz onu göstərir ki, Azərbaycanın peşəkar hərbi mütəxəssisləri  texnikanın potensialından tam istifadə etmək bacarığına malikdirlər və hər təlimdən təlimə də onlar daha da inkişaf edir. 


Bu gün bizim şahinlərimiz Türkiyə silahlı qüvvələrinin hərbi hava  mütəxəssisləri ilə birgə uçuş aparırlar. Yəni NATO-nun ən güclü dövləti və Azərbaycan mütəxəsisləri bir arada çalışırlarsa bu çox yaxşı göstəricidir. Azərbaycan əsgərləri öyənməklə yanaşı həmdə öyrədirlər. Bizim xüsusi təyinatçılarımız Türkiyədə keçirilən yarışlarda 28 dövlət içində 1-cilik qazanmışdılar. Biz əvvəllər əsgəri vəzifələrdə ancaq əsgərləri görürdüksə, bu gün daha çox bu vəzifələrə peşəkarlar təyin olunur. 
Mən Azərbaycan ordusu haqqında çox danışa bilərəm. Azərbaycan ordusunun gücü, yüzillikdə keçirilən parad, Azərbaycan ordusunun inkişafı beynəlxalq təlimlər və sairə. 
Azərbaycan ordusunun hərbi gücünə yüksək qiyməti “Aprel hadisələri” zamanı cənab prezident, Ali baş komandan İlham Əliyev verdi.
 
   
Bildiyimiz kimi bu gün ulu öndərin qaydışından sonra Qarabağ müharibəsi zamanı  aparılan uğurlu “Horadiz” hücum əməliyyatının 26-cı ildönümüdür. Mən deyərdim ki, ulu öndərin gəlişindən  sonra Azərbaycanda çox sahədə inkişaflar olub. Bu inkişaflardan “Horadiz” əməliyyatıdır ki, bu əməliyyat zamanı Azərbaycan ordusu çox qısa zamanda 22 yaşayış məntəqəsini azad etməyə nail oldu.  Bu gün də həmin məntəqələrdə həmvətənlərimiz yaşayırlar. Düşünürəm ki “Horadiz” əməliyyatı zamanı əsgərlərimizin belə qısa zamanda uğur əldə etməklərinə əsas səbəb ulu öndərin gəlişinin döyüşçülərdə yaratdığı ruh yüksəkliyi idi".


- Antiterror əməliyyatı olarsa, ordumuz hansı müddətdə Xankəndinə gedib çıxa bilər? 
Mən yenə də cənab prezidentin cümləsini yada salmaq istəyirəm. O, dedi ki, "Əgər Azərbaycan və Ermənistan ordusunu təkbətək buraxsalar çox qısa zamanda ordumuz torpaqlarımızın ərazi bütövlüyünü bərpa edəcək.  Bir mütəxəssis kimi mənim fikrimə görə isə biz 10 gün ərzində bu əməliyyatı uğurla başa vurmalıyıq".

 

- Hazırda ordumuzun əmsalında hansı  uzaqmənzilli silahlar var?

 Ən uzaqmənzili olanlar - 300 kilometrə qədər hədəfləri darmadağın edə biləcək silahlarımızdır.

 

-Ordumuzun əmsalında  “F 35”-lər var? 

Bu gün demək olar ki, Amerikanın özündə də kifayyət qədər "F 35"-lər  yoxdur. Son günlərdə də bu tip təyyarələr tez-tez qəzaya uğrayırlar. Ona görə də bunlar hələ sınaq müddətini keçməyiblər.


 

Rəqsanə İsayeva

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar