"Yerli vətəndaşlar daha çox ölkəmizdə istirahət etsinlər" - Turizm Assosiasiyanın icraçı drektoru

Oxunma sayı: 679
Müsahibə       8 Yanvar 2020, 14:09
"Yerli vətəndaşlar daha çox ölkəmizdə istirahət etsinlər"         - Turizm Assosiasiyanın icraçı drektoru

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Xarici vətəndaşlarla öz vətəndaşlarımıza qiymətlərdə fərq olmalıdır".

 

Azərbaycan Turizim Assosasiyasının icraçı direktoru Əhməd Qurbanovun Azmedia.az-a özəl müsahibəsi.

 

- Azərbaycanda turizmin inkişafı üçün hansı işlər görülür?

 

Azərbaycanda turizm sektoru günü-gündən sürətlə inkişaf edir. Turist axını da olduqca güclüdür. Lakin biz bu axını daha da gücləndirmək üçün ölkəmizdə müəyyən işlər görürük. Düşünürəm ki, ölkəmizdə daha çox 5 ulduzlu otellər fəailliyyət göstərir. Lakin 2,3,4 ulduzlu otellərin sayının çox olması hər kəsin büdcəsinə uyğun olar. Bu həm orta, həm də aşağı təbəqənin insanları üçün əlverişli olar və onlar istirahətini bizim istirahət mərkəzlərində etmələri üçün şans yaradar.   

 

- Yerli turistlər daha çox xarici dövlətlərə üz tutur. Bunun yerli turizim sektoruna nə kimi zərərləri var və bu axının qarşısını necə almaq olar?

Biz bunun qarşısnı almağin deyil, sadəcə azaltmağın tərəfdaryıq ki, yerli vətəndaşlar daha çox ölkəmizdə istirahət etsinlər. Əslində bu da asan bir məsələ deyil. Çünki hər il eyni yerlərə səyahət etməyi heç kəs istəməz. İnsanlar fərqli yelərə səyahət etməyi sevir. Lakin mən düşünürəm ki, biz ən azından qiymət siyasətini dəyişməliyik ki, insanlar istirahətlərini ölkəmizdə etməyin maddi cəhətdən daha əlverişli olduğunu görsünlər. Və istirahət yerləri seçərkən öz istirahət mərkəzlərimizə də müraciət etsinlər. 

 

- Bildiyimiz kimi Azərbaycanda turizmin bir çox sahəsi var bunlardan daha çox hansı inkişaf edib?

Ölkəmizdə turizmin bir çox sahələri inkişaf edib. Bura mədəni tarix turizmi, səhiyyə turizmi və başqaları. Hazırda ölkəmizə gələn turistlərin bir qismi tarixi-mədəni abidələrimizi, kökümüzü öyrənməyə gəlirlər. Bunlar əsasən Çin, İsrail, Rus turistlərdir. Bundan başqa qış turizmi də inkişaf etməkdədir. Yəni bizim "Tufan dağ" "Şah dağ" istirahət komplekslərimiz var ki, ora da ərəb turistləri daha çox üz tutub oranın potensialından istifadə dirlər. Bundan başqa yay aylarında çimərliklərimizə üz tutan turistlərin sayı da az deyil. 

 

- İstirahət mərkəzlərində yerli turistlərlə xarici turistlər üçün qiymətlər eynidir. Sizcə vətəndaşlarımıza qiymətlər fərqli, yəni daha münasib olmalı deyilmi? 

 

Bəli, çox haqlısınız. Xarici vətəndaşlarla öz vətəndaşlarımıza qiymətlərdə fərq olmalıdır. Bu da birbaşa otelin qapı qiymətlərində özünü göstərir. Mən düşünürəm ki, bu iş etikasının bilinməməzliyindən irəli gəlir. İş etikası belədir ki, xarici partniorlara otel qiymətləri daha baha olmalıdır nəinki özümüzə. Düşünürəm ki, insanlar vaxt keçdikcə həmin etikanı öyrənəcəklər. Və bu işləri daha peşəkarcasına icra edəcəklər. 

 

- Son illərdə ölkəmizdə daha çox ərəb turistlərini görürdük, lakin indi onların sayının azalmasını müşahidə edirik. Sizcə bu nə ilə əlaqədardır?

 

Ərəblər eyni vaxtda bir ölkəyə axın etməyi sevirlər. Lakin bir yerə qədər. Nə zaman ki, onlar artıq bezir və artıq həmin ölkədə istədiklərini tapa bilmirlər və digər dövlətlərə üz tuturlar. Biz də bu səbəbdən onları itiririk.

 

- Bəs ərəblərdən sonra ölkəmizə daha çox hansı millətlərin nümayəndələri üz tutur?

 

Hal-hazırda statistikaya baxsaq görərik ki, daha çox Pakistan, Hindistan, İzraildən gələn turistlərin sayı çoxluq təşkil edir. Bunun da səbəbi düşünürəm ki, 2018-ci ilin əvvəllərində biz Azərbaycan Turizm Assosiasiyası olaraq Hindistanda keçirilən sərgidə iştirak etmişdik. Bu sərgidən sonra həmin ölkələrdən gələn turistlərin sayında ciddi şəkildə artım müşahidə olundu. Həmin vaxta qədər ölkəmizi bu ölkələrdə bir o qədər də tanımırdılar, ölkəmiz haqqında yetərincə məlumatları yox idi.

 

- Səhiyyə turizmində əsasən hansı bölgələrimizə üz tutulur?

 

Mən ilk öncə "Naftalan"ı qeyd etmək istəyirəm ki, buranın müalicəsi artıq bütün dünyada məşhurdur. Naftalana dünyanın bir çox ölkələrindən gələn turistlər var, lakin daha çox Qazağıstan və Özbəkistan kimi Türk dövlətlərindən gələnlərin sayı daha çoxdur. Bundan başqa Naxcıvanda "Duz dağı"ı, Şabran bölgəsində "Qalaaltı" kimi bir çox müalicəvi istirahət mərkəzlərimiz var. Bura turist axını olduqca güclüdür. 

 

- Müsahibənin əvvəlində də qeyd etdiz ki, 2,3,4 ulduzlu otellərin sayı artırılmalıdır. Bu işlərin icrasına başlanıb?

 

Xeyr, bu hələki bir fikirdir. Lakin biz hər bir vətəndaşın büdcəsinə uyğun otellər və hostellərin sayının artmasının tərəftarıyıq. 

 

Rəqsanə İsayeva

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar