Ürəyin sağlamlığı üçün 5 faydalı məhsul

Oxunma sayı: 42
Sağlamlıq       9 Yanvar 2020, 12:22
Ürəyin sağlamlığı üçün 5 faydalı məhsul

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Qidalanma və ürəyin sağlamlığı – bir-biri ilə bağlı olan şeylərdir. Müəyyən məhsullar zərər yetirdikləri kimi, faydalı da ola bilərlər.

 

Azmedia.az məlumatına görə, bununla bağlı “MedikForum.ru” saytı ürəyin sağlamlığı üçün çox faydalı olan məhsulları açıqlayıb:

 

İspanaq

 

Bu göyərti ürəyin sağlamlığı üçün faydalı olan C və E vitaminləri, eləcə də beta-karotin, kalium, fol turşusu, kalsium və sellülozla zəngindir.

 

Kətan toxumları

 

Kətan toxumları – tərkibində çoxlu sellüloz, manqan, omeqa-3 və maqnium olan ürək üçün faydalı məhsuldur.

 

Yulaf lopaları

 

Onun faydası barədə çoxları bilir. O, təkcə üçün yox, həm də bütün orqanizm üçün faydalıdır. Yulafı səhər yeməyində qəbul etmək daha məqsədəuyğundur.

 

Paxlalı bitkilər

 

Bu məhsullar həll olunan sellüloz, B vitaminləri qrupu, niatsin, fol turşusu, maqnium, kalsium və omeqa-3 yağ turşuları ilə zəngindir. Noxud, mərci, lobya və digər məhsullar qandakı “pis” xolesterinin səviyyəsini və ürək xəstəliklərinin yaranma riskini aşağı salır.

 

Yağlı balıq

 

Yağlı balığın bütün növlərinin tərkibində omeqa-3 yağ turşuları var ki, onlar da ürək və damar xəstəlikləri ilə mübarizə aparır. Qızılbalıq, skumbriya, sardina, somon yeyin ki, ürəyiniz sağlam olsun.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar