“Sony” maşın təqdim edərək hamını təəccübləndirdi – FOTO

Oxunma sayı: 63
Avto       10 Yanvar 2020, 18:31
“Sony” maşın təqdim edərək hamını təəccübləndirdi – FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Consumer Electronic Show” (CES-2020) texnoloji sərgidə Yaponiyanın “Sony” şirkəti ilk dəfə olaraq maşın təqdim edib.  

 

Azmedia.az BBC-ə istinadən xəbər verir ki, “Vision-S” elektromobili tədbir iştirakçılarını təəccübləndirib.

 

Maşın “Sony” şirkətinin texnoloji yeniliklərini nümayiş etdirmək üçün nəzərdə tutulub. Burada 33 müxtəlif sensor, bir neçə monitor və həcmli səsə malik musiqi sistemi quraşdırılıb, həmçinin internetə fasiləsiz qoşulma təmin edilib.

 

“Biz avtosənayenin gələcəyinə öz töhfəmizi vermək üçün səylərimizi artıracağıq”, - deyə “Sony”nin icraçı direktoru Kenitiro Yoşida bildirib.

 

Maşının xüsusiyətlərindən – sürücü və sərnişinlərin şəxsiyyətini təsdiqləmə funksiyasını da qeyd etmək olar.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar