DƏHŞƏT! 16 yaşlı qız zorla 50 yaşlı kişiyə verildiyinə görə intihar etdi

Oxunma sayı: 22
Dünya       17 Yanvar 2020, 21:30
DƏHŞƏT! 16 yaşlı qız zorla 50 yaşlı kişiyə verildiyinə görə intihar etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ailəsi 16 yaşlı qızı məcburi şəkildə 50 yaşlı kişiyə ərə vermək istəyib. Bu üzdən yeniyetmə özünə qəsd edib.

 

Azmedia.az Bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə Rusiyanın Yekaterinburq şəhərində baş verib. 

 

Bu haqda “Podyom” jurnalı məlumat yayıb.

 

Məlumatda deyilir ki, qız məktəbdə dərslərini yaxşı oxuyub. Amma valideynləri onu ərə vermək istədiyinə görə 9-cu sinifdən sonra təhsilini davam etdirməyib. Valideynlərinin onu ərə vermək istədiyi kişinin isə 50 yaşı olub. Qızın valideynləri də, həmin kişi də yezidi kürdlərdən imiş. Jurnal xatırladır ki, onların inancına görə, 16 yaşdan nikaha daxil olmaq olar.

 

İntihar hadisəsindən öncə ailəsi qızı gələcək kürəkənin yaşadığı Omsk şəhərinə aparıblar ki, kişi onu görsün.

 

Yeniyetmə qızın ölümüylə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 110-cu (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar