Bakı məktəbində qızları oğurladığı deyilən qadınla bağlı polisdən açıqlama - FOTO

Oxunma sayı: 787
Hadisə       24 Yanvar 2020, 09:34
Bakı məktəbində qızları oğurladığı deyilən qadınla bağlı polisdən açıqlama        - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakı məktəbində uşaqları oğurlayan qadının peyda olması barədə iddialar var.

 

Azmedia.az "Report"a istinadla xəbər verir ki, bununla bağlı iki valideynin "whatsapp" sosial şəbəkəsində səsi yayılıb.

 

İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.

 

Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.

 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar İdarənin nəzarətinə götürülüb.

 

"Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”, - o deyib.

 

P.S. Qadının cinayət etdiyi təsdiqlənmədiyindən fotoda onun üzünü açıq göstərmirik.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar