Ontario parlamentinin önündə ilk dəfə Azərbaycan bayrağı ucaldılıb VİDEO

SİYASƏT

13 Noyabr 2022 03:44

Oxunma sayi: 663
Ontario parlamentinin önündə ilk dəfə Azərbaycan bayrağı ucaldılıb   VİDEO

Kanadanın Ontario Qanunvericilik Məclisinin (Legislative Assembly of Ontario) önündə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın üçrəngli bayrağı qaldırılıb.

Mərasim Ontario vilayətinin paytaxtı Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

Qeyd edək ki, Ontario Qanunvericilik Məclisinin önündə Azərbaycan bayrağının qaldırılması Kanada tarixində ilk dəfə baş verib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!