Ordubada polis rəisi təyin edilib

SİYASƏT

25 Fevral 2023 11:45

Oxunma sayi: 971
Ordubada polis rəisi təyin edilib

Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Azmedia.Az  xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, polis mayoru Tural Cəfərli Ordubad Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Naxçıvan MR daxili işlər naziri Süleyman Neymətov Tural Cəfərlini şöbədə şəxsi heyətə təqdim edib.

Qeyd edək ki, dünən Ordubad Rayon Polis Şöbəsinin rəisi Əli Nəbiyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!