Orxan Əsgərovun nəşi Təzəpir məscidinə aparılıb YENİLƏNİB + FOTO/VİDEO

SİYASƏT

30 Yanvar 2023 00:15

Oxunma sayi: 989
Orxan Əsgərovun nəşi Təzəpir məscidinə aparılıb   YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib.

Azmedia.Az xəbər verir ki, hazırda şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə aparılıb.

O.Əsgərov sabah Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

 

******

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən Azərbaycana məxsus təyyarə Bakıya gəlib. 

Azmedia.Az xəbər verir ki, təyyarə bir neçə dəqiqə öncə Heydər Əliyev adına Hava Limanına eniş edib. 

    ************

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən Azərbaycana məxsus təyyarə Tehranın hava limanından Bakıya yola düşüb.

**********

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı 22:00-a qədər təxirə salınıb.

Trend-in əldə etdiyi məlumata görə, buna səbəb isə İran tərəfi tələbi olub.

**********

İran səfirliyindən təxliyə edilən səfirliyin əməkdaşları Azərbaycana yola düşürlər.

Azmedia.Az xəbər verir ki, Azərbaycan səfirliyinə hücum nəticəsində həlak olan Orxan Əsgərovun da cənazəsi gətirilir.

**********

Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!