Oxu.Az ın müxbiri Malatyada: Dörd azərbaycanlı tələbənin axtarışları davam edir

SİYASƏT

10 Fevral 2023 22:05

Oxunma sayi: 848
Oxu.Az   ın müxbiri Malatyada:  Dörd azərbaycanlı tələbənin axtarışları davam edir

Türkiyədə fevralın 6-da baş verən zəlzələdən zərərçəkənlərin axtarış-xilasetmə tədbirləri davam etdirilir. 

İnsanlar aparılan işlərdə yaxınlarının xilas olmalarını gözləyirlər. 

Dağıntılar altında qalmış şəxslər arasında dörd azərbaycanlı tələbə də var. Hazırda xilasedicilər dörd azərbaycanlı tələbənin dağıntılar altından çıxarılmasına çalışırlar.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 18 991 nəfər həyatını itirib, 75 523 şəxs xəsarət alıb.

Ölənlər arasında, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, dörd nəfər azərbaycanlı var. Dağılan binaların sayı 6 444 təşkil edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!