Öz özünü zərərsizləşdirən iblislər kimi, “Dağlıq Qarabağ” da mövcud deyil

SİYASƏT

30 Noyabr 2022 16:28

Oxunma sayi: 480
Öz   özünü zərərsizləşdirən iblislər kimi, “Dağlıq Qarabağ” da mövcud deyil

“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə Rusiya Müdafiə Nazirliyinin israrla Azərbaycanın Qarabağ ərazisindəki yer adlarının istifadəsi zamanı erməni kəlmələrindən istifadə etməsinə və erməni siyasətçilərin də bu məqamdan öz cılız məqsədlərinə çatmaq üçün yararlanmağa cəhd göstərmələrinə toxunulur.

Müəllif vurğulayır ki, Ermənistanın siyasət səhnəsində təkrarlanan tezis ondan ibarətdir ki, Azərbaycan öz ərazisində “Dağlıq Qarabağ” adlı ərazi bölgüsünün mövcud olmaması barədə qərarını qəbul etdirə bilmir.

Süjetin müəllifi qeyd edir ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur və xam xəyallarda olan erməni siyasətçilərə Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını diqqətlə oxumağı tövsiyə edir.

Ətraflı “Caliber”in növbəti süjetində:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!