Pakistan Rusiyadan neftə böyük endirimlər tələb etdi

SİYASƏT

01 Dekabr 2022 16:00

Oxunma sayi: 462
Pakistan Rusiyadan neftə böyük endirimlər tələb etdi

Pakistanın nümayəndələri Moskvada danışıqlar zamanı Rusiyadan neftə 30-40 faiz endirim edilməsini istəyiblər.

Azmedia.Az xəbər verir ki, bu barədə “The News” məlumat yayıb. Pakistan Energetika Nazirliyinin neft bölməsinin rəhbəri Musadik Malik və bölmənin katibi Məhəmməd Mahmud danışıqlar aparmaq üçün İslamabaddan Rusiya paytaxtına gəlib.

Nəşrin yazdığına görə, danışıqlar zamanı tərəflər razılığa gələ bilməyib, lakin Rusiya tərəfi Pakistanın xahişini nəzərdən keçirəcəyini və yekun qərar barədə daha sonra diplomatik kanallar vasitəsilə məlumat verəcəyini vəd edib.

Həmçinin qeyd edilir ki, Moskva Pakistan neftini iri idxalçı ölkələr üçün müəyyən edilmiş qiymətlərlə “daha ​​uyğun vaxtda” təklif edə bilər, çünki indi bütün mövcud xammal həcmləri ilə artıq müqavilə bağlanıb və digər alıcılar üçün nəzərdə tutulub.

Bundan əvvəl ABŞ Dövlət Departamenti bildirmişdi ki, Vaşinqton Pakistana Rusiya neftinin idxalını qadağan edə bilməz.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!