Paşinyan böyük müharibə ehtimalından DANIŞDI

SİYASƏT

15 Fevral 2024 16:25

Oxunma sayi: 167
Paşinyan böyük müharibə ehtimalından  DANIŞDI

Paşinyan sərhəddə baş verən son hadisələrə münasibət bildirib.

Azmedia.Az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib. Paşinyan yenə də həmişəki kimi Azərbaycanı günahlandırıb.

“Azərbaycan həll yollarını tapmaqdan yayınır. Biz hər variantla razıyıq.

Birincisi, bütün sərhədin demarkasiyası və onun həyata keçirilməsinə başlamaq, ikincisi, sərhədi hissələrə bölmək və mərhələli demarkasiya ilə irəliləmək.

Hər iki variant bizim üçün məqbuldur, lakin qarşı tərəf bu variantdan da yayınır.

Bizim təhlilimiz bunun bir səbəbinin ola biləcəyini göstərir. Hərbi eskalasiya genişmiqyaslı müharibəyə çevrilə bilər”, – Paşinyan deyib.//yenicag.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!